"Çılqın Bediş"in Oqtayı illər sonra - Fotolar

"Çılqın Bediş"in Oqtayı illər sonra - Fotolar
1303 dəfə oxunub
  • A-
  • A
  • A+

1990-cı illərin məşhur "Çılqın Bediş" serialının Oqtayı - Cenk Torunun yeni görüntüləri yayılıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, "Delikanlım" klipi ilə məşhurlaşan sənətçi aktyorluqdan uzaqlaşıb. O, hazırda fitnes müəllimi kimi fəaliyyətini davam etdirir.

"1994-cü ildə universitetdə oxuyurdum. Anamın menecer dostları bizə qonaq gəlmişdi. Dedilər ki, yeni müğənni var, ona klip çəkəcəyik. Təklif etdilər orada çəkilim. Yıldız Tilbenin "Delikanlım" klipində çəkildim. Daha sonra serialda rol aldım. "Çılqın Bediş"dən sonra çoxlu fanatım oldu. İndiki kimi məşhura heç kimin əli çatmırdı. İşin bir az rüyası var idi. O vaxt çox kanal da yox idi. Serialdan sonra mənə dəstək olan olmadı. Osman Yağmurdereli ilə işlədim, amma vəfat etdi. Ona görə də bir az gündəmdən uzaqlaşdım" deyə, aktyor söyləyib.

O bildirib ki, həyatını davam etdirmək üçün başqa işlər görüb. Digər layihələrə qatılsa da onların gündəm olmadığını deyib:

"Heç vaxt boşluqda olmadım. Əlimdə edə biləcəyim çox işlər var idi. Əsgərlikdən gəldiyim gün atam Enver Torun intihar etdi. Onun şokunu yaşadım. Atam körpüdən özünü atmışdı. Uzun müddət o körpüdən keçə bilmədim. Bu da aktyorluqdan uzaqlaşmağıma səbəb oldu. Nevin Ursavaş adlı xanımla evləndim. Məni ayağa qaldırdı, dəstək oldu".