Britaniyalı məşhur müğənni Adel idman agenti Riç Polla sevgilidir.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, boşanmasının ardından bir neçə münasibət yaşayan Adel Riçlə Nyu-Yorkda restoranların birində ikinci dəfə birlikdə olarkən görüntülənib.
Paparatsilərin çəkdiklərini görən cütlük obyektivlərə səmimi pozlar verib.
Cütlük daha əvvəl Arizonada matç izləyərkən fotoları yayılsa da, aralarındakı münasibəti təsdiqləməmişdilər.