130 milyonluq yaxtada eşq - Fotolar

130 milyonluq yaxtada eşq - Fotolar
1855 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Cennifer Lopez sevgilisi Hollivud ulduzu Ben Affleklə Lacivərd sahilində istirahət edir.

Axşam.az xəbər verir ki, rəsmən birlikdə olduqlarını açıqlayan cütlük bu dəfə 130 milyon dollarlıq qayıqda görüntülənib.

Xüsusi təyyarə ilə tətilə yollanan cütlüyün dincəldiyi meqa yaxtada yeddi otaq, altı göyərtə, masaj, buxar otağı və idman zalı mövcuddur. Dəniz nəqliyyatının işçiləri 27 nəfərlik komandadan ibarətdir. Qayıq 7,5 milyardlıq sərvətin sahibi ukraynalı milyarder Rinat Əhmədova məxsusdur.

Tətil xərclərini cütlükdən kimin qarşıladığı isə məlum deyil.

Qeyd edək ki, 2 dəfə "Oscar" mükafatına layiq görülən 48 yaşlı Ben 150 milyon dollarlıq, 52 yaşlı Lopezin isə 400 milyon dollarlıq sərvətə sahib olduğu bildirilir.