Rodrigez də dincəlmək üçün yaxtanı seçdi - Fotolar

Rodrigez də dincəlmək üçün yaxtanı seçdi - Fotolar
1371 dəfə oxunub
  • A-
  • A
  • A+

Nişanlısı müğənni Cennifer Lopezdən ayrılan idmançı Aleks Rodrigez lüks yaxtada görüntülənib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, istirahətə dostları ilə yollanan Rodrigezin aparıcı Melani Kollinzlə eşq yaşadığı iddia olunub.

Tətildə maraqlı məqamlardan biri də Rodrigezin istirahət üçün Fransanı seçməsi olub. Çünki hazırda keçmiş nişanlısı Lopez də Fransanın Lacivərd adalarında istirahət edir. Yeni sevgililəri ilə tətilə yollanan ikili günlərini lüks yaxtalarda keçirir.

Rodrigezin dəniz nəqliyyatının bir həftəlik kirayəsi 300 min dollardır. Qayığın ümumi qiyməti isə 31 milyon dollar edir. Bu Lopezin Ben Affleklə eşq yaşadığı 130 milyonluq yaxtadan qat-qat ucuzdur.