Azərbaycanlı aktyor sevgilisi ilə - Fotolar

Azərbaycanlı aktyor sevgilisi ilə - Fotolar
6246 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Cövdət Şükürov sevgilisi Fidan Bayramova ilə fotolarını paylaşıb.

Axşam.az xəbər verir ki, sənətçi son günlər bütün paylaşımlarından sevgilisinə etiraflar yazır.

Cövdət "Dərinlərdə bir yerdə sevilmək istədiyimi fərq edirəm, deyirsən. Sevilmək istəyirsənsə, sev! Çünki verdiyin hər şey sənə geri qayıdar. Sevilmək istəyirsənsə, sevilmək istəyini unut, sevgi min bir yoldan sənə gələcəkdir. Həyat yansıdar, əks edər, sənin həyata verdiyin hər şeyi geri gətirər. Buna görə də sevilmək istəyirsənsə, istəməyi və sevilməyi unut-o zaman problem bu deyildir. Qayda sadədir: Sev!" deyə, paylaşımlarından birində yazıb.

Qeyd edək ki, Cövdət ötən il xanımı Sara Şükürovadan ayrıldığını açıqlayıb. Onun bu nikahdan iki övladı var. C.Şükürov F.Bayramova ilə sevgi yaşadığını, hələ evlənməyi düşünmədiyini bildirib.