Məşhur aktyorun 100 milyonluq malikanəsi - Fotolar

Məşhur aktyorun 100 milyonluq malikanəsi - Fotolar
1030 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət Ceyms Bond obrazına həyat verən aktyor Pirs Brosnan malikanəsini satışa çıxarıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, villasını 100 milyon dollara satışa çıxaran ulduz alıcı tapa bilməyib. Bu səbəbdən o, bu fikrindən daşınmalı olub.

Los-Anceles bölgəsindəki ən bahalı səkkizinci ev olaraq bilinən bu malikanənin inşası 10 il ərzində tamamlanıb. Aktyor evin dizaynında rol aldığı filmdən ilham alıb.

Pirs 2000-ci ildə iki fərqli binadan ibarət olan bu kompleksin sahələrindən birinə 5,1 milyon dollar, digərini isə 2,25 milyon dollar ödəyib. Malikanədə doqquz yataq və 14 vanna otağı, hovuzun kənarında 20 nəfərlik oturma sahəsi, bar, kinoteatr, idman salonu var.