1 yaşlarını qeyd etdilər - Fotolar

1 yaşlarını qeyd etdilər - Fotolar
1674 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) 1 yaşını qeyd edib.

Axşam.az xəbər verir ki, ötən gün baş tutan gecədə tanınmış simalar, turizm blogerləri, o cümlədən rəsmi nümayəndələr iştirak ediblər. 

“Qırmızı & Ağ” konseptində təşkil olunan gecədə tədbiri giriş sözü ilə assosiasiyanın sədri, aparıcı Azər Qərib açıb. O, 1 il ərzində gördükləri işlərdən danışıb. Azər Qərib bildirib ki, bu müddət ərzində Azərbaycanda turizm sahəsində bir çox yeniliklər ediblər.

Daha sonra çıxış edən “Azərbaycan Hava Yolları”  QSC-nib vitse-prezidenti Eldar Hacıyev belə bir Assosasiyanın yaranmasından məmnun olduqlarını dilə gətirib.

Gecədə müğənnilər mahnılar səsləndiriblər.