Libasının hazırlanması 300 saat çəkib - Fotolar

Libasının hazırlanması 300 saat çəkib - Fotolar
1198 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliyanın Lido adasında start götürən Venesiya Film Festivalında qırmızı xalça üzərində parlayanlar arasında məşhur ulduz Penolepe Kruz da yer alıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ağ və qara rənglərə üstünlük verən aktrisanın geyiminin hazırlanmasına 300 saatdan çox müddət sərf olunub.

İpək parçadan hazırlanan paltar ilk dəfə "Chanel" brendinin təqdimatında  podiumda görünüb.

Kruz modelin əynindəki libası görər-görməz aşiq olduğunu açıqlayıb:

“Kolleksiyasının hamısını bəyəndim, hər şey əla idi, amma bu paltar mənim ən sevdiyim oldu. Bu film mənim üçün çox önəmlidir, buna görə çox xüsusi bir paltara ehtiyacım var idi".