Aktrisa Beren Saat həyat yoldaşı müğənni Kenan Doğulu ilə illər əvvəl vəfat edən ilk sevgilisi Efe Gürayın qardaşı Yaman Gürayın toyunda iştirak edib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı toyda mahnı oxuyarkən Beren də ona qatılıb.
Cütlüyün toydan olan görüntüləri sosial mediada paylaşılıb.
Qeyd edək ki, E.Güray 2004-cü ildə Ankarada baş vermiş yol qəzasında dünyasını dəyişib.