Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Beyonsun 500 milyonluq özəl günü - Fotolar
1387 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib.

Kirayəsi həftəlik 4 milyon dollara başa gələn qayıq dünyanın ən varlı iş adamlarından olan Ceff Bezosa məxsusdur. Lakin ifaçının bu pulu ödəyib-ödəməyəcəyi bəlli deyil.

Beyons "Balmain"in dizayn etdiyi paltarı geyindiyi gecədən fotolarını instaqram hesabında paylaşıb.