Uill Smitin 42 milyonluq malikanəsində yanğın - Fotolar

Uill Smitin 42 milyonluq malikanəsində yanğın - Fotolar
1088 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Uill Smitin Kaliforniyadakı 42 milyon dollarlıq malikanəsində yanğın baş verib. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun 36 hektar ərazisi olan villasının yaxınlığında baş verən yanğın onun da evinə keçib. Hadisə yerinə yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Aktyor və həyat yoldaşı hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.