Çoxseriyalı "Harry Potter" filmində Drako Malfoy obrazını canlandıran aktyor Tom Feltonun səhhətində problem yaranıb.
Axşam.az xəbər verir ki, aktyor qolf meydançasında oynayarkən yerə yıxılıb.
Ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb. Sənətçinin hansı səbəbdən halının pisləşdiyi məlum deyil.