Müdafiə naziri Zakir Həsənov Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanda olub.
Axşam.az xəbər verir ki, nazir Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsini yad etmək məqsədilə xiyabanda keçirilən anım mərasimində iştirak edib.
Zakir Həsənov şəhidlərin valideynləri və yaxınları, həmçinin qazilərlə görüşüb, onların problemlərini dinləyib. Müraciətlər nazirin göstərişi ilə MN əməkdaşları tərəfindən qeydə alınıb.
Foto: Ramin Aslanov