Ramiz Əzizbəylinin məzar daşı hələ də qoyulmayıb - Fotolar

Ramiz Əzizbəylinin məzar daşı hələ də qoyulmayıb - Fotolar
1401 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ramiz Əzizbəylinin dünyasını dəyişməsindən 4 ay ötür.

Axşam.az xəbər verir ki, aktyorun məzar daşı hələ də qoyulmayıb.

Mərhum Xalq artistinin qızı Xədicə Əzizbəyli məsələ ilə bağlı Axşam.az-ın sualını cavablandırıb. O bildirib ki, yaxın günlərdə məzar daşı sifariş edəcəklər:

"Qəbir daşını öz vəsaitimizlə düzəltdirəcəyik. Forma üzərində qərar verib sifariş edəcəyik. İnşallah, yaxın günlərdə məzar daşı qoyular".

Qeyd edək ki, R.Əzizbəyli koronavirus infeksiyasına yoluxmuşdu. Aktyor iyunun 9-da yerləşdirildiyi xəstəxanada vəfat edib.