Məşhur cütlük evini 25 milyona satdı - Fotolar

Məşhur cütlük evini 25 milyona satdı - Fotolar
711 dəfə oxunub
  • A-
  • A
  • A+

"Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conas Los-Ancelesdəki malikanələrini satıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük 2019-cu ildə 14,1 milyon dollara aldığı lüks villanı 15,2 milyon dollara (təxminən 25 milyon 840 min manat) satıb.  

1390 kvadratmetr ərazisi olan malikanədə 11 hamam, 9 yataq otağı, hovuz, spa salonu, qolf meydançası, şərab zirzəmisi və 4 avtomobillik qaraj var.

Qeyd edək ki, cütlük bu yaxınlardan Mayamidə yeni malikanə alıb.