Kral ailəsi məşhur filmin qala gecəsində - Fotolar

Kral ailəsi məşhur filmin qala gecəsində - Fotolar
949 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktyor Daniel Kreyqin beşinci və sonuncu dəfə Ceyms Bondu canlandırdığı 25-ci 007 filmi olan "Ölmək üçün zaman yoxdur"un premyerası baş tutub.

Axşam.az xəbər verir ki, qala gecəsində ulduzlarla yanaşı kral ailəsinin üzvləri Şahzadə Uilyam, Keyt Middlton, Şahzadə Çarlz və hersoqinya Kamilla da iştirak edib.

Qırmızı xalçada ən çox bəyənilən ad Keyt Middlton olub. O, 2800 funt sterlinq dəyərindəki paltarını 290 funt sterlinqə olan "Onitaa" imzalı sırğalarla tamamlayıb.

Kral ailəsinin üzvləri Daniellə yanaşı filmin digər aktyorları Ana de Armas, Laşana Linç və Naomi Xarrislə də həmsöhbət olub.