Məşhur qorxu filminin çəkildiyi ev 5 dollara kirayə verilir - Fotolar

Məşhur qorxu filminin çəkildiyi ev 5 dollara kirayə verilir - Fotolar
1040 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir zamanların məşhur qorxu filmi "Qışqırıq"ın ("Scream") çəkildiyi ev kirayəyə verilməyə başlayıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, malikanədə 3 gün qalmaq üçün 5 dollar ödəmək kifayət edir.

Evin içində filmdəki qatilin geyindiyi maskalı fotosu asılıdır. İçəri girən kimi insanlar aktyor Devid Arkettin canlandırdığı Dyui obrazının səsini eşidəcəklər.

Malikanənin ümumi dəyəri 2,8 milyon dollardır.