Məşhur cütlük 35 milyonluq malikanələrini satır - Fotolar

Məşhur cütlük 35 milyonluq malikanələrini satır - Fotolar
1322 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur müğənni Castin Timberleyk və aktrisa həyat yoldaşı Cessika Bil Los-Ancelesdəki malikanələrini satışa çıxarıb.

Axşam.az xəbər verir ki, buna səbəb cütlüyün kiçik bir qəsəbəyə köçmək qərarı alması olub. Castin və Cessika villanı 35 milyon dollar qarşılığında yeni sahibinə verməyi planlaşdırır.

126 hektarlıq əraziyə sahib 3550 kvadrat metrlik evdə xüsusi olaraq hazırlanan qonaq otağı, işıqlı tennis kortu, çəmənlik, meşə və tərəvəz bağları var.

Qeyd edək ki, cütlük sözügedən malikanəni 2015-ci ildə satın alıb. Nyu-Yorkda da evləri olan Castin və Cessikanın 2 oğlu var.