Bir vaxtlar Azərbaycanın ən məşhur modeli idi - Fotolar

Bir vaxtlar Azərbaycanın ən məşhur modeli idi - Fotolar
3588 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir vaxtlar Azərbaycanın ən məşhur modellərindən olan Nigar Talıbova hazırda Türkiyədə yaşayır.

Axşam.az xəbər verir ki, Nigar həm musiqiçi, həm də model kimi fəaliyyət göstərir, xaricdə Azərbaycanı təmsil edirdi. O, uzun müddətdir hər iki peşədən uzaqlaşıb. Buna səbəb isə onun ailə qurması olub.

Nigar Talibova 2013-cü ildə türkiyəli iş adamı Ekim Alptekinlə ailə qurub. Onun həyat yoldaşı Türkiyənin ən varlı biznesmenlərindən biridir. O, həmçinin Türk-Amerika İşadamları Dərnəyinin sədridir.

Nigar və Alptekin cütlüyünün üç övladı var: onlardan ikisi qız, biri oğlandır. Cütlük hazırda İstanbulda yaşayır.