Şəhid və qazi övladları pulsuz sünnət olundu - Fotolar

Şəhid və qazi övladları pulsuz sünnət olundu - Fotolar
691 dəfə oxunub
  • A-
  • A
  • A+

Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə növbəti dəfə xeyriyyə aksiyası keçirilib.

Axşam.az xəbər verir ki, aksiyada plastik cərrah Dilqəm Məhərrəmov təmənnasız iştirak edib. Artıq üçüncü dəfədir təşkil olunan xeyriyyə tədbirinə həmçinin tanınmış sənətkarlar - Xalq artistləri Flora Kərimova, Aftandil İsrafilov və Mənsum İbrahimov dəstək veriblər. Aparıcı Könül Muxtarova da aksiyada iştirak edib.

Övladları sünnət olunmuş Şəhid və Qazi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər. Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, gələcəkdə bu cür aksiyalar davam etdiriləcək.