"Metro City" ticarət mərkəzi yanır - Fotolar

"Metro City" ticarət mərkəzi yanır - Fotolar
2446 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Nərimanov rayonunda yerləşən "Metro City" ticarət mərkəzində yanğın başlayıb.

Axşam.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

"FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub" deyə, məlumatda bildirilib.

Hazırda ətrafda yaşayan binaların sakinləri ərazidən təxliyyə edilir. 

Fotolar "qafqazinfo"ya məxsusdur: