Aktrisa Gökçe Bahadır sevgilisi, musiqiçi Emir Ersoyla ilk dəfə əl-ələ görüntülənib.
Axşam.az xəbər verir ki, cütlük Gökçe tərəfindən Emir üçün təşkil olunan sürpriz doğum günü partisində obyektivlərə tuş gəlib. İkili müxbirlərin suallarını cavablayaraq münasibətlərindən danışıblar:
"Hər şey yaxşıdır, çox xoşbəxtik. Bir-birimizi tanıyırıq, hər şey çox yaxşı gedir".
Qeyd edək ki, Gökçe hazırda "Evlilik hakkında her şey" serialında baş rollardan birini canlandırır.