Dünyanın ən varlı adamının oğlu evləndi - Fotolar

Dünyanın ən varlı adamının oğlu evləndi - Fotolar
2851 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Venesiyada dünyanın ən varlı adamı Bernar Arnonun 29 yaşlı oğlu Aleksandr Arnonun toyu baş tutub.

Axşam.az xəbər verir ki, Aleksandr "D'Estrëe" brendinin 29 yaşlı yaradıcısı Jeraldin Qyuyo ilə evlənib. Toyda bir çox məşhur ulduz yer alıb. Onlardan biri də Beyons olub. İfaçı toya həyat yoldaşı Cey Zi ilə birlikdə qatılıb.

Toya Aleksandrın qardaşı Antuan Arno və xanımı Natalya Vodyanovanın qatılıb qatılmadığı isə açıqlanmayıb.

Qeyd edək ki, Aleksandr milyarderin beş övladından biridir. O və iki qardaşı biznesmenin ikinci nikahından dünyaya gəlib. Antuan və onun bacısı Delfina isə Bernarın ilk nikahından olan övladlarıdır.

Aleksandr LVMH şirkətlər qrupuna daxil olan "Tiffany & Co." brendinin vitse-prezidentidir.