Hakim Korel ailəsi ilə bağlı qərar verdi

Hakim Korel ailəsi ilə bağlı qərar verdi
2077 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Hülya Darcan ilə qızı Zeynep Korel arasında uzun müddətdir davam edən qalmaqal bitmək bilmir.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Zeynep Korel bacısı Bergüzar Korel və anasının ünvanına təhqirlər səsləndirib. Amerikada yaşayan və təmizlik sektorunda çalışan Zeynep atasından qalan mirasa görə ailəsini məhkəməyə verib. O, eyni zamanda anasının onu təhdid və təhqir etdiyini söyləyib.

Baş tutan məhkəmədə hakim son qərarını verib.

Araşdırma zamanı şübhəli kimi ifadə verən Hülya iddiaları rədd edib. 2 ildir davam edən araşdırmanı hakim dəlil yetərsizliyinə görə sonlandırıb.

Hakimin qərarında “Alınan ifadələr Zeynep Korelin iddiasını sübut etmədi. Zeynep Korel ilə vəkili dəfələrlə ifadə vetmək üçün çağrılıb, amma gəlməyiblər. Buna səbəb onun xaricdə yaşamasıdır. İddianı sübut edəcək heç bir video, dəlil yoxdur. Buba görə də məhkəmə bitir” sözləri qeyd olunub.