Emin Dubaydakı tədbirə Alyona ilə getdi - Fotolar

Emin Dubaydakı tədbirə Alyona ilə getdi - Fotolar
3261 dəfə oxunub
  • A-
  • A
  • A+

Birləşmiş Ərəb Əmirliyində Viktoriya Lopırevanın təşkilatçılığı ilə “Russian Gala by Victoria Lopyreva” adlı gecə keçirilib.

Axşam.az xəbər verir ki, Dubayda baş tutan tədbirə Xalq artisti Emin Ağalarov və keçmiş xanımı Alyona Qavrilova, müğənnilər Nyuşa, Yan Qe, Sergey Polunin və başqaları qatılıblar.

Ötən gecə isə otellərdən birində “Russian Gala Dinner” keçirilib. Qonaqlara büllurdan hazırlanan matruşka formasında dəvətnamə verilib. Qonaqlar gecənin “dress-code”na əməl edərək yeməyə ağ, qara və boz çalarlara üstünlük veriblər.

Tədbirin aparıcılığı Sofiko Şevardnadze və Aleksandr Sıpkin həvalə edilib. Gecədə Emin mahnıları ilə çıxış edib. Rus mediası Eminin tədbirə keçmiş xanımı ilə qatılmasının onların yenidən barışması ilə bağlı dedi-qoduları gücləndirtdiyini yazıb.