Məşhur aktyor çəkiliş zamanı rejissorları güllələdi - Fotolar

Məşhur aktyor çəkiliş zamanı rejissorları güllələdi - Fotolar
2958 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da "Rust" filminin çəkilişi zamanı bədbəxt hadisə baş verib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktyor Alek Bolduin döyüş səhnəsi çəkilişində silahla atəş açıb. Bu zaman silahın içindəki boş patronlar əvəzinə, səhvən döyüş qabiliyyətli güllələrin olması faciə ilə nəticələnib.

Güllələrdən biri filmin rejissoru Coel Souza, digəri isə quruluşçu rejissor Qalina Xatçinsə dəyib. Coel körpücük sümüyündən yaralansa da, 42 yaşlı operator Qalina çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Hazırda filmin çəkilişləri dayandırılıb, hadisə ilə bağlı araşdırma aparılır.