Kəmalə Nəsibova 15 ildən sonra teatrdan getdi: "Böhtanlardan bezdim" - Fotolar

Kəmalə Nəsibova 15 ildən sonra teatrdan getdi: "Böhtanlardan bezdim" - Fotolar
2885 dəfə oxunub
  • A-
  • A
  • A+

Muğam ifaçısı Kəmalə Nəsibova 15 ildir çalışdığı Opera və Balet Teatrı ilə yollarını ayırıb.
 
Xanəndə Axşam.az-a açıqlamasında bildirib ki, öz istəyi ilə ərizəsini yazaraq teatrdan uzaqlaşıb:
 
"Yalanlar, böhtanlar məni bezdirdi. Söz gəzdirənlərdən, xəbərçilik edənlərdən yoruldum. Ərizəmi yazıb özüm teatrdan çıxdım".
 
Kəmalə Nəsibova ilə bağlı digər diqqət çəkən məqam isə onun xeyli çəki atması olub. 15 kiloqram arıqlayan ifaçının sözlərinə görə, heç bir plastik əməliyyat etdirməyib:
 
"İdman vasitəsilə arıqlamışam. Hələ də arıqlamağa davam edirəm. İndi 65 kiloqramam, 10 kiloqram da arıqlayıb 55-ə düşəcəm".
 
Qeyd edək ki, K.Nəsibova "Arşın mal alan", "Leyli və Məcnun", "Sevil", "Aşıq Qərib" kimi tamaşalarda rol alıb.