Müğənni Sevda Yahyayeva ötən gün təmtəraqlı toy edib.
Axşam.az xəbər verir ki, gecəyə şou-biznes nümayəndələri qatılıblar. Toyun aparıcılığını əvvəlcə Nəsib Nur edib. Daha sonra isə bir-birinin ardınca Afaq Gəncəli, Kamilə Babayeva, Samir Bayramlı, İlkin Həsəni aparıcılıq edərək, müğənniləri səhnəyə dəvət ediblər.
Toyda Xalq artistləri Faiq Ağayev, Röya Ayxan, Tünzalə Ağayeva, Əməkdar artistlər Elton Hüseynəliyev, Abbas Bağırov, Xəyyam Nisanov, Mətanət İsgəndərli, müğənnilər Rəqsanə İsmayılova, Ayaz Qasımov, Zamiq Hüseynov mahnılar səsləndiriblər.
Z.Hüseynov "Səni sevirəm" mahnısını Sevda və həyat yoldaşı Zakir Bayramovla birlikdə səsləndirib.
Axşam.az gecədən fotoları təqdim edir:
Foto: İlqam Cəbiyev