Şahzadə ərə getmək üçün titulundan imtina etdi - Fotolar

Şahzadə ərə getmək üçün titulundan imtina etdi - Fotolar
522 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Yaponiyanın taxt-tacının varisi, şahzadə Akisinonun qızı Mako ilə tələbə yoldaşı Kay Kamuronun toyu baş tutub.

Axşam.az xəbər verir ki, mərasim İmperator Sarayında ənənəvi toy şəklində keçirilməyib. Buna səbəb isə Kayın xüsusi titulunun olmamasıdır. Bundan başqa, Mako sadə vətəndaşla ailə qurduğu üçün artıq öz titulundan da məhrum olub. Şahzadə hətta ona verilən 1,3 milyon dollarlıq müavinətdən imtina edib.

Mərasim anı yaşanan maraqlı olaylardan biri isə mühafizəkar Yaponiya ictimaiyyətinin şahzadənin seçimini bəyənmədiyi üçün etirazçılar Tokio küçələrinə çıxıb. Onların narazılığına səbəb bəyin ailəsi ətrafında yaranan maliyyə qalmaqalı olub. Şayiələrə görə, Kayın anası onunla evlənmək istəyən sevgilisindən pul alıb və ona qaytarmayıb. Bu qalmaqal Makoya böyük zərbə vurub və aldığı travma nəticəsində sinir sistemi pozulub.

Qeyd edək ki, cütlüyün boşanması halında, şahzadə kral ailəsinə qayıda bilməyəcək.