Toya geyindiyi bu libası özü hazırlayıb - Fotolar

Toya geyindiyi bu libası özü hazırlayıb - Fotolar
2101 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli həmkarı Sevda Yahyayevanın toy məclisində obyektivimiz qarşısına keçib.

Axşam.az xəbər verir ki, sənətçi gecəyə qara məxmər libas geyinib. O bildirib ki, paltarın eskizi özünə məxsusdur. Günay geyimini "Versace" çantası, qızılı aksesuarla tamamlayıb.

İfaçı bildirib ki, paltarını yeni açdığı butikində hazırlatdırıb. Günay bundan sonra öz mağazasından libaslarla tamaşaçı qarşısına çıxacağını söyləyib. Geyim mağazasının açılışı isə bu yaxınlarda keçiriləcək.

Foto: İlqam Cəbiyev