Azərbaycanlı sənət adamları Moskvada konsertdə - Fotolar

Azərbaycanlı sənət adamları Moskvada konsertdə - Fotolar
461 dəfə oxunub
  • A-
  • A
  • A+

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Axşam.az xəbər verir ki, gecə Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunub.

Gecəyə Rusiyanın Xalq artisti Emmanuil Vitorqan aparıcılıq edib.

“Bu gün səhnəyə Bülbül, Adıgözəlzadə kimi soyadları daşıyan musiqiçilər çıxacaq. Bütün bu soyadlar Qarabağla, Şuşa ilə bağlıdır. Bu gün biz sizə Azərbaycanın musiqi mədəniyyətini təqdim edəcəyik. Azərbaycan mədəniyyətinin tarixi minilliklərlə ölçülür, lakin peşəkar klassik məktəb 100 ildə böyük yol keçib” deyə, Xalq artisti Fərhad Bədəlbəyli söyləyib.

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov BMA-nı yubiley münasibətilə təbrik edib.

Konsertdə Fərhad Bədəlbəyli, Xalq artistləri Yalçın Adıgözəlzadə, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Murad Hüseynov, Yeganə Axundova, Əməkdar artistlər Fuad İbrahimov, Elvin Qəniyev, Sahib Paşazadə, Azər Zadə, Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatı Selcan Nəsibli, dahi Bülbülün nəvəsi Murtuza Bülbül və başqaları səhnəyə çıxıblar.

Zəhra Əhmədova