Anar Ağakişiyevdən şou-biznes nümayəndələri haqda sərt sözlər - Video

Anar Ağakişiyevdən şou-biznes nümayəndələri haqda sərt sözlər - Video
1979 dəfə oxunub
  • A-
  • A
  • A+

Stilist Anar Ağakişiyev yerli şou-biznes nümayəndələrinin ona paxıllıq etdiyini deyib.

Axşam.az xəbər verir ki, stilist buna səbəb onun dünya mediasına düşməsi olub. “Özəl” proqramında qonaq olan Anar bildirib ki, üzü yanmış Nərmin adlı xanımı makiyaj etməsi hamının marağına səbəb olub:

“Bizim şou camiyəmizi anlaya bilmirəm. Onların beyni bir hüceyrəlidir. Mən onları dərk edə bilmirəm. Buna da paxıllıq etdilər, buna da söz çıxartdılar. Dedilər ki, guya, bu, sırf pul xərclənmiş layihədir. İnanın, nə mənim, nə atamın, nə də atamın atasının maddiyatını toplasaq, o uğuru əldə etmək üçün bəs eləməz. Allah hər şeyi görür”.

Ağakişiyev həmçinin stilist adının çox ucuşlaşdırıldığını deyib:

“Əslində stilistikadan başım çıxır. Stilistika nə deməkdir? Bu, tam harmoniyadır: saç, makiyaj, geyim. Etdiyim layihələrdə geyimdə harmoniya yaradıram. Stilist əslində o deməkdir. Bu stilist adı o qədər ucuzlaşıb ki... Hətta fala baxan da artıq özünə stilist deyir. Mənə sadəcə Anar desinlər”.