"Bizimki musiqidən yaranan sevgidir" - Nişanlanmasından danışdı

"Bizimki musiqidən yaranan sevgidir" - Nişanlanmasından danışdı
3039 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ataya bunu etiraf etmək çətin oldu. Bizi birləşdirən musiqi idi. Onun nə qədər dəyərli olduğunu bir daha anladım. Bilənlər bilir ki, Fatimə də (nişanlısı - red.) oxuyur, səsi var. Musiqi söhbətləri ilə yaranan münasibətdir bizimki. Musiqidən yaranan sevgi oldu".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Umid deyib. "Günün sədası" verilişinə qonaq olan Ümid Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə nişanlanmalarından danışıb.

O, münasibətlərinin necə başlamasından söz açıb:

"Bir ilə yaxındır münasibətimiz var. Notlarla bağlı söhbətdən yarandı".

N.Şirinov isə "Bizi qırmadı, Allah ondan və ailəsindən razı olsun. Gözləmirdim bu olacaq. Bir-birilərini istəyirdilər. Nəyəsə görə, ehtiyat edirdik, icazə vermirdik. Sevgiylə olan münasibətdir. İki gəncin bir-birini sevməsi idi, Alim müəllim də icazə verdi" sözlərini söyləyib.