Peris Hilton ərə getdi - Fotolar

Peris Hilton ərə getdi - Fotolar
1019 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hilton” otellər şəbəkəsinin varisi, müğənni, model Peris Hiltonun iş adamı Karter Reumla toyu baş tutub. 

Axşam.az xəbər verir ki, cütlük iki il davam edən münasibətin ardından nikah masasına əyləşib. 

Mərasim ifaçının mərhum babası, biznes maqnatı Berron Hiltonun Bel-Eyr şəhərindəki dəbdəbəli malikanəsində baş tutub. Perisin gəlinliyə toya yalnız bir gün əvvəl qərar verdiyi bildirilib. Onun seçimi "Oscar de la Renta"dan olub.

Mərasimə qatılan qonaqlar arasında çoxlu ulduz yer alıb - Emma Roberts, Eşli Benson, Bibi Reksa, model Cordan Barrett, Paula Abdul və başqaları.

Qeyd edək ki, cütlük bu ilin fevralında nişanlanıb.