Tərəkəmə festivalı keçirildi - Fotolar

Tərəkəmə festivalı keçirildi - Fotolar
938 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Qobustan Milli Tarix Bədii qoruğunda Mədəniyyət Nazirliyinin və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə "Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib.

Axşam.az xəbər verir ki, festivalın keçirilməsinin əsas məqsədi zəngin elat mədəni irsini təbliğ etmək, iştirakçıları onların həyat tərzi ilə canlı şəkildə tanış etmək olub.

Festivalın proqramına "Yurd" musiqili kompazisiyanın nümayişi, xalçaçılıq və zərgərlik nümunələrindən, o cümlədən, tərəkəmələrin məişətini, yaşayış tərzini, təsərrüfatını əks etdirən nümunələrdən və milli geyimlərdən ibarət sərginin nümayişi baş tutub. Xeyriyyə məqsədi ilə daun sindromlu uşaqların əl işlərindən ibarət sərgi-satışı da keçirilib.

Festival çərçivəsində iştirakçılar festival meydanında qurulmuş Tərəkəmə obasındakı çadırlarda tərəkəmələrin yeyinti məhsulları və təsərrüfat həyatı, onların mətbəx mədəniyyəti ilə tanış olub, zəngin tərəkəmə süfrəsinin yeməklərindən dadmaq imkanı əldə edib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov iştirak edib. O, tədbirlər bağlı fikirlərini bölüşüb.

Bir çox sənət adamları da səhnəyə çıxaraq mahnılar səsləndiriblər.

Foto: İlqam Cəbiyev