18 yaşlı şəhidimiz son mənzilə yola salındı - Fotolar

18 yaşlı şəhidimiz son mənzilə yola salındı - Fotolar
1909 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri Xəlilov Murad Qalib oğlu doğulduğu Şəmkir rayonunun Çinarlı qəsəbəsində dəfn edilib.

Axşam.az "Qafqazinfo"ya istinadə xəbər verir ki, o, qəsəbənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin tabutu üzərinə sərilən bayraq icra başçısı tərəfindən onun atasına verilib.

Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb.

Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.