Xalq artistinin xanımı Monika Belluççi ilə bir arada - Fotolar

Xalq artistinin xanımı Monika Belluççi ilə bir arada - Fotolar
2899 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Anna Netrebko Hollivud ulduzu Monika Belluççi ilə İtaliyada bir araya gəlib.

Axşam.az xəbər verir ki, Netrebko Manzoni teatrında Belluççinin "Mariya Kallas: məktublar və xatirələr" adlı solo tamaşasını izləməzdən əvvəl səhnə arxasına keçərək onunla həmsöhbət olub. Sənətçilər daha sonra obyektivlərə poz veriblər.

Fotoları instaqram hesabında paylaşan Netrebko Belluççi ilə bağlı bu sözləri yazıb:

"O, əbədi gözəllikdir. Təkcə filmlərdə deyil, reallıqda da. Belə gözəl qadınları səhnədə görmək və dinləmək çox xoşdur. Ah, Monika! O, qeyri-adi gözəlliyə malik qadındır!".

Opera müğənnisi zarafatla əlavə edib ki, növbəti dəfə mütləq daha çox makiyaj edəcək.

Qeyd edək ki, A.Netrebko Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.