Adel səhnədə ağladı - Fotolar

Adel səhnədə ağladı - Fotolar
831 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur britaniyalı müğənni Adel London konsertində qarşılaşdığı sürprizlə göz yaşlarına qərq olub.

Axşam.az xəbər verir ki, konsertdə aktrisa Dam Emma Tompson Adelə gənc yaşlarında kimdən ilham aldığı ilə bağlı sual ünvanlayıb. İfaçı ingilis dili müəllimi Makdonaldın adını çəkərək bu sözləri işlədib:

“İngilis dilimdə problem var idi, amma indi mahnıların sözlərini yazıram. Makdonald çox xarizmatik və cəlbedici idi. O, həqiqətən bizimlə maraqlanırdı. İngilis dili dərslərimi səbirsizliklə gözləyirdim”.

O, çıxışının ardından səhnəyə çıxan ingilis dili müəllimini gördükdən sonra duyğulanıb və onlar qucaqlaşıblar. Adel onun nömrəsini alacağına və əlaqə saxlayacağına söz verib.

Adel ağladıqdan sonra pozulan makiyajını yeniləmək üçün qısa müddətliyinə səhnəni tərk edib.

"Metro" qəzetinin yazarı Pirs Morqan həmin anı bu cür şərh edib:

“Bu anı sevdim. Adel haqlıdır, möhtəşəm bir müəllimi ömrün boyu unuda bilməzsən, çünki onlar həyatını dəyişdirir”.

Qeyd edək ki, gecədə iştirak edənlər arasında Dua Lipa, Devid Tennant, İdris Elba, Semyuel L.Cekson və Emma Uotson kimi bir sıra məşhur yer alıb.