Azərbaycanlı milyonçunun nəvəsi ilin ən dəbdəbəli gecəsində - Fotolar

Azərbaycanlı milyonçunun nəvəsi ilin ən dəbdəbəli gecəsində - Fotolar
4606 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın məşhur "Tatler" dərgisi ənənəsinə sadiq qalaraq payızın son həftəsində məşhur tədbirini gerçəkləşdirib.

Axşam.az xəbər verir ki, balın ənənəsinə uyğun olaraq biznesdə depüt edən şəxslər varislərini təqdim ediblər. Rusiyanın qədim, XIX əsrə aid saraylarından biri Paşkov evində gerçəkləşən gecədə azərbaycanlı milyonçu Vaqif Əliyevin nəvəsi Sofiya Krapivina da yer alıb.

Ukraynanın 20 ən varlı adamı siyahısında yer alan V.Əliyev nəvəsini citimaiyətə təqdim edib.

"London College of Fashion"da təhsil alan Sofiya bal üçün geyimi özü seçib. "Ən gözəl geyimi seçməyə çalışdıq. "Rasario" mənim tam istədiyimi tikib" deyən qız, tərzini ağ qızıl və brilyantlarla bəzədilən sırğa, qolbaq və boyunbaqla tamamlayıb.