“Qətibə İnanc” uzun fasilədən sonra yenidən nümayiş edildi - Fotolar

“Qətibə İnanc” uzun fasilədən sonra yenidən nümayiş edildi - Fotolar
328 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası uzun fasilədən sonra yenidən nümayiş edilib.

Axşam.az xəbər verir ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Səhnə əsərində Xalq artistləri Bəsti Cəfərova (Qətibə İnanc), Sabir Məmmədov (Nizami), Kazım Abdullayev (Qızıl Arslan), aktyor İlyas Əhmədov (Fəxrəddin), Əməkdar artist Ayşad Məmmədov (Toğrul), aktrisalar Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), Əməkdar artist Mirzə Ağabəyli (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), Əməkdar artistlər Məzahir Cəlilov (Qazı), Elşən Rüstəmov (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı) iştirak ediblər.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub.