Lindsi Lohan ərəb sevgilisinə ərə gedir - Fotolar

Lindsi Lohan ərəb sevgilisinə ərə gedir - Fotolar
2504 dəfə oxunub
  • A-
  • A
  • A+

35 yaşlı Lindsi Lohan 34 yaşlı maliyyəçi və Dubaydan olan sevgilisi Bader Şammasomla nişanlanıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa birlikdə olan fotolarını sosial şəbəkədə yayımlayaraq üzüyünü göstərib.

"Mənim sevgilim, həyatım, ailəm və gələcəyim" deyə, Lohan paylaşımına qeyd edib.

Bader şou-biznesə uzaq adamdır və o, instaqramda bağlı profil işlədir. O, Lindsi ilə 2020-ci ilin əvvəllərindən görüşür. Aktrisanın yaxınlarının dediyinə görə, o, varlı insanların bank hesablarını idarə edir. Hazırda o, Dubayda çalışır. Bundan əvvəl isə Birləşmiş Ərəb Əmirliyində və Kuveytdə bir çox banklarda işləyib.

Aktrisaya yaxın mənbə bildirib ki, onlar artıq toy planlaşdırmasına başlayıblar.