Ronaldonun təcavüz qalmaqalına türklər serial çəkir

Ronaldonun təcavüz qalmaqalına türklər serial çəkir
2099 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur futbolçu Kristiano Ronaldonun uzun müddət gündəmdən düşməyən təcavüz qalmaqalı bu dəfə ssenari olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ssenari əsasında "Etkileyici" adlı serial şəkilir. Ekran işində baş rolları Bertan Asllani ilə Aslıhan Malbora canlandıracaq.

"Etkileyici"nin rejissorluğunu isə Murad Cemcir edəcək.

Qeyd edək ki, futbolçunun 2009-cu ildə Kazrin Mayorqa adlı bir modelə təcavüz etdiyi iddia olunub. 25 yaşında olanda gecə klubunda tanış olduğu qızı Las-Veqasda bir otelə aparan Ronaldo ona təcavüz etdiyini inkar edib.O bildirib ki, cinsi əlaqə hər iki tərəfin razılığı ilə olub. Qız ondan 56,5 miyol funt-sterlinq tələb edir. 2010-cu ildə qıza 300 min dollar verilib, amma o, məsələni yenidən qaldırıb.