Rus mediası Aygün Kazımovadan yazdı - Fotolar

Rus mediası Aygün Kazımovadan yazdı - Fotolar
5648 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın "ok-magazine.ru" saytı Xalq artisti Aygün Kazımova ilə bağlı məqalə dərc edib.

Axşam.az xəbər verir ki, yazıda müğənninin ötən gün işıq üzü görən "Я в Нирване" mahnısından bəhs edilib.

Dolbi Atmos səs formatında səsləndirilən albomdan danışan Kazımova "İlk dəfə bu səsi eşidəndə heyrətə gəldim. Sanki öz mahnıma ilk dəfə qulaq asırdım. Dolby Atmos insanı musiqiyə yenidən aşiq edir. Yaradıcılığımla daha çox məşğul olmağa başlamışam və mahnılarımda daha gözəl emosiyalar ötürməyə çalışıram. Bütün bu hisslər dinləyicilərimə də ötürdüyümə inanıram" sözlərini söyləyib.

Aygün onu da bildirib ki, sözügedən albom onun yaradıcılığında xüsusi yer tutur.