Fenomeni qətlə yetirən nişanlısı intihar edib

Fenomeni qətlə yetirən nişanlısı intihar edib
1500 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial media fenomeni Qabbi Petitonun ölümündə şübhəli bilinən nişanlısı Brayn Laundri törətdiyi cinayəti etiraf etdikdən sonra intihar edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, bir neçə gün su altında qalan Braynın cəsədi hüquq-mühafizə orqanları tərəfindən oktyabrın 20-də Florida ştatındakı qoruqda aşkarlanıb. Cəsədin yaxınlığında tapança, kürək çantası və törətdiyi cinayət haqqında yazdığı şəxsi gündəliyi tapılıb. Mütəxəssislər onun ölümünün səbəbinin güllə yarası olduğunu müəyyən ediblər.

İstindaqı yekunlaşan cinayətdə Brayndan başqa kiminsə əlinin olmadığı rəsmiləşib.

Qeyd edək ki, ötən ilin sentyabrında nişanlısı ilə ABŞ-da gəzintiyə çıxan Qabbi itkin düşüb. Sentyabrın 19-da isə Vayominq Milli Parkında üzərində boğulma əlamətləri olan cansız bədəni tapılıb. Hadisədən sonra evə tək qayıdan Brayn açıqlama verməkdəm imtina etmişdi.