Demetin çəkiləcəyi serialdan Hande imtina edibmiş

Demetin çəkiləcəyi serialdan Hande imtina edibmiş
914 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyorlar Demet Özdemir və Kərəm Bürsinin yer alacağı layihə ilə bağlı maraqlı detallar ortaya çıxıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, "Disney plus"da yayımlanacaq "Dünya ile benim aramda" serialında baş rolla bağlı ilk təklif aktrisa Hande Erçelə edilib. Lakin aktrisa ssenaridə yer alan iddialı səhnələrə görə ekran işindən imtina edib. Handenin bu addımının ardından digər baş rol ifaçısı Buğra Gülsoy da yenidən dəyişdirilib. Daha sonra Neslihan Atagülə edilən təklif sonda Demet tərəfindən qəbul olunub.

Aktrisa Hafsanur Sancaktutanın da yer alacağı layihənin çəkilişləri martda başlayacaq.

Qeyd edək ki, Hande ilə Kərəm sonuncu dəfə "Sen çal kapımı" serialında rol alıb. Sevgili olan cütlük ekran işinin finalından bir müddət sonra ayrılıb.