Bu dəfə hədəfi Kıvançla Azra oldu

Bu dəfə hədəfi Kıvançla Azra oldu
2944 dəfə oxunub
  • A-
  • A
  • A+

"Best model of Turkey", "Best model of the world" yarışmasının qurucusu Erkan Özerman "Al sana haber" proqramında aktyor Kıvanç Tatlıtuğ ilə aktrisa Azra Akın barədə etdiyi açıqlama ilə gündəmə gəlib.

Axşam.az Türkiyə mətbuatında istinadən xəbər verir ki, aktyorların sevgili olduğu zamandan bəhs edən Erkan "Onun Kıvança atdığı böhtana görə yaşamazdım. Mən o qızı evinə həbs edər, çıxarmazdım. Uşağa nələr etmədi. Səbəbi də qısqanclıq. O, Amsterdamda yaşayır, Kıvanç Parisdə işləyir. Telefonla yığıb, "sən bu gecə kimlə idin" soruşur və ağlamağa başlayır. Kıvanç da qatara minib 2.5 saat yol gedir. Azraya görə dəfiləyə də getmədi. Onu itirəcək deyə, Kıvança atdığı böhtanı burada açıqlaya bilmərəm" deyib.

Özermanın sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər bu açıqlamanın edilməsini doğru hesab etməyib. İnsanlar "Aradan illər keçib, nəyə lazımdır", "Hər ikisi evlidir, indi bunu niyə danışır" kimi şərhlər yazıblar.