Bloger Kardi B-yə 1,25 milyon ödəməli olacaq

Bloger Kardi B-yə 1,25 milyon ödəməli olacaq
527 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur reper Kardi B ona böhtan atan bloger Lataşa Kebeyə (ləqəbi Taşa K) qarşı qaldırdığı məhkəmə iddiasını udub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının özəl həyatı ilə bağlı məlumatlar paylaşan bloger onun cinsi yolla keçən xəstəliklərdən və narkotik asılılığından əziyyət çəkdiyini bildirib.

Məhkəmə prosesində bu ittihamlar böhtan kimi qiymətləndirilib. Bu səbəbdən Lataşa müğənniyə vurduğu mənəvi ziyana görə 1,25 milyon dollar ödəməli olacaq.

Reper məhkəməni qazandıqdan sonra tviterdə "Xoşbəxtəm, amma eyni zamanda kədərlənirəm" - deyə, paylaşım edib. 

Qeyd edək ki, bloger Kardi B ilə bağlı ilk videosunu 2018-ci ildə yayımlayıb. İfaçı onunla əlaqə saxlayıb videonu silməyi istəsə də, Lataşa bundan imtina edib. Bundan sonra müğənni onu məhkəməyə verib.

Məhkəmə zamanı Kardi B bildirib ki, bu videolara görə onun həyat yoldaşı və qızı ilə münasibətləri pisləşib, depressiyaya düşüb və hətta intihar həddinə çatıb.