Adelin kaprizləri ona baha başa gəldi

Adelin kaprizləri ona baha başa gəldi
837 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur britaniyalı müğənni Adelin Las-Veqasda baş tutması gözlənilən 24 konserti ləğv olunub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna ifaçının komandasındakı bir çox insanın koronavirusa yoluxması ilə əlaqəli olmadığı ortaya çıxıb. Konsertlərin Adelin kaprizləri səbəbindən ləğv edildiyi iddia olunub.

Jurnalist Skott Roben bildirib ki, konsertlərin keçiriləcəyi məkanda səs və texnologiya sistemi Adeli qane etməyib. O, bütün akustikanın dəyişdirilməsini tələb edib ki, bu da təşkilati prosesdə xaos yaradıb. Nəticədə bütün konsertlər ləğv edilməli olub.