Məşhur fotoqraf küçədə donaraq öldü

Məşhur fotoqraf küçədə donaraq öldü
645 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur fotoqraf Rene Rober Parisin mərkəzi küçələrindən birində donaraq ölüb.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı fotoqrafın yaxın dostu, musiqiçi Mişel Momponte “RTL” radiosunun efirində səsləndirib.

Onun sözlərinə görə, Rene yanvarın 18-də axşam saatlarında küçədə gəzərkən huşunu itirərək yerə yıxılıb. Başından zərbə alan fotoqraf 6 saata yaxın səkidə bu vəziyyətdə qalıb.

Ətrafdakı insanlar ona nə yaxınlaşıb, nə də təcili tibbi yardım çağırıb. Yalnız səhər saatlarında küçədə yaşayan şəxs ona kömək etmək istəsə də artıq gec olub. Kəllə-beyin travması alan və hipotermiya diaqnozu qoyulan fotoqrafın həyatını xilas etmək mümkün olmayıb.