"Minnie mouse"un yeni dizaynı tənqid olundu - Foto

"Minnie mouse"un yeni dizaynı tənqid olundu - Foto
904 dəfə oxunub
  • A-
  • A
  • A+

30 illik yubileyi şərəfinə “Disney”in sevimli qəhrəmanlarından olan "Minnie mouse"un ənənəvi qırmızı libasında dəyişiklik edilib.

Axşam.az xəbər verir ki, yeni dizaynın müəllifi Stella Makkartnidir. Dizayner geyimdə donu şalvarla əvəzləyib. Bundan başqa qırmızı rəng mavi çalara dəyişdirilib. 

Yeni dizaynın fotosu şirkətin rəsmi tviter hesabında yayımlanıb. Lakin izləyicilərin böyük qismi bu dəyişikliyi bəyənməyib. Onlar "Minnie mouse"un əvvəlki geyiminin qadına daha çox xas olduğu bildiriblər. Tənqidlər arasında ən çox rəngin bəyənilməməsi yer alıb.